QMİ: Yalnız iki ərzaq istehsalçısına “Halal” zəmanəti verilib
26 yanvar 2011 13:41 (UTC +04:00)

QMİ: Yalnız iki ərzaq istehsalçısına “Halal” zəmanəti verilib

Bunlardan biri Bakı şəhərində fəaliyyət göstərən “SAB”, ikincisi isə Gəncə şəhərində fəaliyyət göstərən “Halal Qida” şirkətidir”.

Bunu APA-nın sorğusuna cavab olaraq QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova deyib. O bildirib ki, həmin şirkətlər vaxtilə QMİ-yə müraciət edərək “Halal” zəmanətinin alınmasını xahiş ediblər: “QMİ tərəfindən yaradılmış komissiya həmin şirkətlərdə prosesi izləyərək yoxlamalar aparıb. Onların halal ətdən istifadə etməsinə və dini baxımdan lazımi əməlləri yetirdiyinə əmin olduqdan sonra QMİ-nin komissiyası bu zəmanəti verib. QMİ yalnız bu iki şirkətin məhsullarında donuz piyinin işlədilməməsinə zəmanət verir. Guya donuz əti olmadan ət məhsullarının standarta cavab verməməsi barədə deyilənlərlə bağlı isə bir məqamı qeyd etmək istəyirik: biz o kolbasalarda donuz piyinin deyil, onun əvəzedicisi olaraq toyuq dərisi və dəniz yosunlarından hazırlanmış komponentlərdən istifadə olunması barədə məlumatlıyıq. Bu məsələlərlə bağlı QMİ-nin komissiyası vaxtaşırı olaraq iki şirkətdə nəzarət fəaliyyəti həyata keçirir. Biz əmin olduğumuz üçün həmin şirkətlərin məhsullarına zəmanət vermişik. Bizə başqa şirkətlər də halal zəmanəti verilməsi üçün müraciət edib. Lakin dediyim kimi biz yalnız iki şirkətin məhsulları üçün belə zəmanət veririk. Bəri başdan onu da qeyd edim ki, halallıq məsələsi dini məsələ olduğu üçün zəmanətin məhz dini qurum tərəfindən verilməsi heç kim tərəfindən qəribə qarşılanmamalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 697

Oxşar yazılar