QHT-lərə dair standartlar hazırlanır
Qeyri-Hökumət Təşkilatları haqqında yeni standartlar hazırlanır.
Lent.az-ın məlumatına görə, bunu Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib. O qeyd edib ki, gələn ay bu standartların müzakirəsinə başlanacaq. Onun sözlərinə görə, bu standartlar minimal standartlar olacaq: “Bu standartlara cavab verməyən QHT-lər Şuranın maliyyə müsabiqələrinə buraxılmaycaq”.
Azay Quliyev onu da bildirib ki, QHT-lər Şuraya hesabatlarının gecikdirilməsinə son qoymalıdır: “Bundan sonra Şura üzvləri hər hansı QHT-yə həyata keçirdikləri layihə ilə bağlı hesabatın ləngidilməsi ilə bağlı məsləhətlər etməyəcək. Əgər hesabatlar gecikərsə, Şura həmin layihənin icrasını dayandıracaq. Həmçinin, ya verilmiş maliyyə vəsaitlərini geri alınacaq, ya da növbəti tranş ayrılmayacaq. Artıq güzəşt olmayacaq”.
Ramiz Mikayıloğlu

574