“Elektron Məktəb” layihəsinə daha 30 məktəb qoşulacaq
26 yanvar 2011 10:53 (UTC +04:00)

“Elektron Məktəb” layihəsinə daha 30 məktəb qoşulacaq

“2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində 20 orta təhsil müəssisəsinin “Elektron Məktəb” pilot layihəsinə qoşulub. Yaxın vaxtlarda isə daha 30 məktəbdə bu layihənin tətbiqi nəzərdə tutulur.


Təhsil Nazirliyindən Lent.az-a bildiriblər ki, artıq ölkə üzrə 1000 məktəbdə elektron dərslərdən istifadə olunur. Təhsil Nazirliyinin Təhsilin idarəolunmasının məlumat sistemləri (TİMS) şöbəsinin məlumatları əsasında 4500 məktəbin şagird və müəllim kontingenti barədə məlumatları Data Mərkəzinə daxil edilib. Bundan başqa, “Elektron Təhsil” layihəsi Təhsil Portalı (www.edu.az), “Elektron Məktəb” İdarəetmə Proqramı (ASM), Elektron Dərsləri İdarəetmə Proqramı (AeL), Elektron Dərslər (SCORM standartları) və Milli Təhsil Məlumat Bazasını (NED) özündə birləşdirir.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1313

Oxşar yazılar