Şahdağ Milli Parkı fəaliyyət zonalarına bölündü
Nazirlər Kabineti “Azərbaycan Respublikasının Şahdağ Milli Parkının ərazisinin xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunan fəaliyyət zonaları üzrə bölgüsü”nü təsdiq edib.
Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, parkda xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilən zona (qoruq rejimi) 73 min 184,02 hektar, turizm və rekreasiya zonası 50 min 33,7 hektar, turistlərə və başqalarına xidmət göstərilən zona 5 min 601,0 hektar olacaq.
Milli Parkın fəaliyyətini təmin etmək üçün 1689,38 hektar təsərrüfat-istehsalat zonası ayrılıb.
Azərbaycan SSR Nazirlər Sovetinin “Azərbaycan SSR-in Şamaxı rayonunda Pirqulu dövlət qoruğu təşkil etmək haqqında” 1968-ci il 25 dekabr tarixli 549 nömrəli və “İsmayıllı dövlət qoruğunun yaradılması haqqında” 1981-ci il 1 iyun tarixli 256 nömrəli qərarları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 11 yanvar tarixli 7s nömrəli və 13 iyun tarixli 115s nömrəli sərəncamları qüvvədən düşmüş hesab edilib.

1199