Məzunların 40 faizi təhsilini davam etdirmək istəmir
25 yanvar 2011 16:13 (UTC +04:00)

Məzunların 40 faizi təhsilini davam etdirmək istəmir

“Hər il orta məktəbi bitirənlərin 60 faizə qədəri ali və orta ixtisas məktəblərinə sənəd verir. Qalan 40 faizi isə təhsillərini davam etdirmək belə, istəmirlər”.

Lent.az-ın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə 2010/2011-ci tədris ili üçün tələbə qəbulunun elmi-statistik təhlilinə həsr olunmuş mətbuat konfransında belə deyib. Onun sözlərinə görə, son illər ali və orta ixtisas məktəblərinə sənəd verənlərin sayında ciddi artım yoxdur. Həmçinin abituriyentlərin bilik səviyyəsində də yüksəlmə müşahidə olunmur: “Abituriyentlərin bilik səviyyəsi demək olar ki, eyni səviyyədədir. Biz deyə bilmərik ki, bu sahədə hansısa sıçrayış var”.

Məleykə Abbaszadə bildirib ki, gənclər çox zaman özlərinin qabiliyyətli olduqları sahələri deyil, valideynlərinin məsləhət gördüyü ixtisas istiqamətləri seçir. Bu səbəbdən də ən bilikli və qabiliyyətli abituriyentlər müxtəlif ixtisas qruplarına paylanır. Onun sözlərinə görə, ötən il ali məktəblərə ən yaxşı hazırlaşan abituriyentlər IV ixtisas qrupunu seçiblər.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 584

Oxşar yazılar