İsti hava şəraiti davam edəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yanvarın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimal olunur.
Cənub-qərb küləyinin əsəcəyi, səhər və gündüz bəzi yerlərdə arabir güclənəcəyi, axşam şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Havanın temperaturu gecə 4-6, gündüz 12-14 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarına gəlincə, yanvarın 26-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimal olunur. Cənub küləyinin əsəcəyi, əsasən dağlıq ərazilərdə arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti təşkil edəcək.

649