TQDK sədri məktəbləri qınadı
25 yanvar 2011 14:05 (UTC +04:00)

TQDK sədri məktəbləri qınadı

2010-cu ildə attestatda bütün qiymətləri “5” olan abituriyentlərlə bütün qiymətləri “3” olan abituriyentlərin imtahan nəticələri arasında xeyli uyğunsuzluq var.

Lent.az-ın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə 2010/2011-ci tədris ili üçün tələbə qəbulunun elmi-statistik təhlilinə həsr olunmuş mətbuat konfransında belə deyib. Onun sözlərinə görə, ötən il orta məktəbi bütün fənləri “3” qiymətlərlə başa vuran abituriyentlərin 97,55 faizi qəbul imtahanlarında 0-200 bal intervalında nəticə göstərib. Bütün fənlərdən attestat qiyməti “5” olan abituriyentlərin isə yalnız 63,64 faizi həmin qiymətlərə uyğun bal toplayıb.

“Bunlar məktəblərdə aşağı qiymətlərlə qiymətləndirmənin obyektiv olduğun, yüksək qiymətlərlə qiymətləndirmənin isə nisbətən şişirdildiyini göstərir” – deyə, Məleykə Abbaszadə bildirib.

TQDK sədri onu da qeyd edib ki, orta məktəbləri “5”lə bitirənlərin yalnız 63,64 faizi 500-700 bal arasında nəticə göstərib. Onun sözlərinə görə, bu göstəricilər əvvəlki illərdə daha aşağı idi. Məsələn, 2009-cu ildə yalnız 50,91 faiz əlaçı imtahanlarda öz attestat qiymətlərini təsdiqləyə bilmişdi.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 688

Oxşar yazılar