“Abituriyent” jurnalının 12-ci sayı satışda
Lent.az-ın məlumatına görə, həmin materiallar “Abituriyent” jurnalının 12-ci sayında çap olunub.
Jurnalda TQDK tələbə qəbulunun hesabatını dərc edib. Burada tələbə qəbulunun müxtəlif parametrlər üzrə göstəriciləri, o cümlədən, ixtisaslar üzrə qəbul aparılan yerlərin sayı, sənəd verən gənclərin ümumi sayı, onların ixtisas qrupları üzrə paylanması, müsabiqə vəziyyəti, imtahanların nəticələri, yüksək nəticələr göstərən rayonların və məktəblərin təcrübəsi və sair məsələlər təhlil edilib, təklif və tövsiyələr irəli sürülüb.
Ali təhsil müəssisələrinə dövlət sifarişi əsasında tələbə qəbulu nəticələrinin təhlili xüsusi bölmədə əks etdirilib. Jurnalda ali məktəblərin magistratura pilləsinə, orta və əsas təhsil bazasından texnikumlara qəbulun nəticələrinə aid təhlillər verilib.
Xatırladaq ki, “Abituriyent” jurnalının 12-ci sayı elektron versiyada da hazırlanıb. Elektron versiya jurnalla birgə satışdadır.
Elxan SALAHOV

1449