Telefonlarda dəqiqə hesabı tariflər martdan tətbiq olunacaq
Bu barədə “APA-ECONOMICS”ə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Müşfiq Əmirov məlumat verib.
Onun sözlərinə görə, Bakı şəhərində stasionar telefon rabitəsindən istifadə edilməsi ilə bağlı təklif olunacaq paketdə bir neçə təklif nəzərdə tutulub: “Burada əsasən iki təklif irəli sürülüb ki, onlardan birinə əsasən abunəçilərə ayda 450 dəqiqə pulsuz danışıq vaxtının veriləcək, eyni zamanda 2 manatlıq aylıq abunə haqqı ləğv olunacaq. Qeyd edim ki, 450 dəqiqəlik limitin özü də dəyişə bilər. Digər təklifə görə, isə ümumiyyətlə abunəçilər nə qədər danışsalar o qədər pul ödəyəcəklər”.
M.Əmirov onu da qeyd edib ki, aparılan araşdırmalar stasionar telefon istifadəçilərinin 50%-nin ay ərzində 450 dəqiqədən az danışdığını müəyyən edib.
“Tətbiq olunacaq yenilik istifadəçilərin ödənişlərinə heç bir təsir göstərməyəcək. Bu dəyişikliklər nəticəsində qiymət artımından söhbət gedə bilməz. Əvəzində bu dəyişikliklər nəticəsində telefon şəbəkəsi əlavə yüklənmədən azad olunacaq”, - deyə nazirliyin rəsmisi bildirib.
M.Əmirov həmçinin deyib ki, yeniliyin tətbiqi zamanı güzəştlər də istisna deyil: “Hazırda bu məsələ müzakirə olunur, sistemin tətbiqi isə cari ilin mart ayından etibarən nəzərdə tutulub”.

595