BDU-nun 17 tələbəsi Moskvada magistrlər təhsili alacaq
BDU-nun mətbuat və informasiya şöbəsindən Lent.az-a bildiriblər ki, həmin tələbələr MFTİ ilə imzalanmış Anlaşma Memorandumuna əsasən Moskvada magistr təhsili alacaqlar. İmtahan MFTİ-nin əməkdaşları Slobodyanin Valeriy Pavloviç və Nazar Xangəldiyeviçin nəzarəti altında yazılı və şifahi şəkildə keçirilib. Müsabiqədən keçmiş tələbələr fevral ayından etibarən təhsillərini MFTİ-nin müvafiq fakültələrində davam etdirəcəklər. MFTİ müsabiqənin 2 nəfər qalibini öz hesabına oxutmaq niyyətindədir. Müsabiqədən keçənlərin sayı 2 nəfərdən çox olarsa, onların təhsillərini Azərbaycan dövləti öz üzərinə götürəcək.
Fizika fakültəsindən 7, Geologiya və Kimya fakültələrinin hər birindən isə 5 magistrin qatıldığı imtahan sualları MFTİ tərəfindən tərtib edilib. İmtahan prosesini Azərbaycan tərəfindən Fizika fakültəsinin professoru Rəna Qasımova və Fizika İnstitutunun professoru Nadir Abdullayev də izləyiblər.

685