Əcnəbilərin də fərdi uçot sisteminə marağı artır
2010-cu il ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 28 faiz artıb.
Fondun ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev Lent.az-a bildirib ki, ötən il əlavə olaraq 2228 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb. 1 yanvar 2011-ci il tarixə olan statistikaya əsasən isə fərdi uçot sistemindəki əcnəbilərin sayı 10 195 nəfərdir. Onun sözlərinə görə, DSMF-nin fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilər, ümumilikdə 92 ölkənin vətəndaşlarını əhatə edir. Onlar arasında Türkiyə vətəndaşları (5911 nəfər) çoxluq təşkil edir.
Elman Babayev bildirib ki, fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı 1358 nəfərə yüksəlib. Üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 588 nəfər təşkil edir. Sonrakı yerlərdə İran İslam Respublikası (337 nəfər), Hindistan (250), Çin Xalq Respublikası (145), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (106), Ukrayna (87), Pakistan İslam Respublikası (84), Malayziya (80), Almaniya (77), Özbəkistan (73), Qazaxıstan (67), Türkmənistan (55), ABŞ (55) və digər ölkələr gəlir.
Xatırladaq ki, 2006-cı ilin yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesinə başlanılıb. Hazırda dövlət sosial sığorta sistemində fərdi uçotun daha da inkişafı üçün həyata keçirilən tədbirlərin istiqamətlərindən biri kimi Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması davam etdirilməkdədir.
Elxan SALAHOV

542