Sevgililər Günü ilə bağlı müzakirələr məhkəmə çəkişməsinə səbəb oldu
Əvəz Zeynallı: “Mən hələ anons xarakterli bir şey yazmışam, Etibar Hüseynova xəbərdarlıq etmişəm”
“30 İyunla bağlı “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı hər il mənə dəvət göndərib, təkidlə xahiş edib ki, Sevgililər Günü ilə bağlı bir yazı, yaxud təbrik yazım, tədbirlərdə iştirak edim. Mən bunların heç birini etməmişəm”.
Bunu Lent.az-a açıqlamasında deputat, “Lider” telekanalının əməkdaşı Etibar Hüseynov söyləyib. Etibar Hüseynov deyib ki, 30 İyun Sevgililər Günü ilə bağlı keçirilən bütün tədbirlər videolentə alınıb, “Xural” qəzetində də geniş işıqlandırıb: Əvəz Zeynallı 30 İyun Sevgililər Günü ilə bağlı bir təbrikimi, yazımı, o tədbirlərdə iştirakımla bağlı bir faktı ortaya çıxarsın. Bu, onun sözlərinin yalan olduğunun bariz nümunəsi ola bilər. Mən faktlarla danışıram, şayiələrlə yox”.
Etibar Hüseynov bildirib ki, 20 Yanvar hadisələri ərəfəsində çıxış etdiyi tədbirlərin birində heç kəsi təhqir etmədən, ad çəkmədən İlhamla Fərizənin Azərbaycanda sevgili deyil, qəhrəmanlıq simvolu olduğunu söyləyib: “Bu insanlara sevgili sözü yaraşmır, çünki ər-arvad olublar. Azərbaycan cəmiyyətində yenicə bir-birini istəyən yeniyetmələr bir-birinə sevgili deyirlər. Həm də rus dilində bu sözün tərcüməsini nəzərə alsaq, bu, şəhidlərimizin ruhuna həqarətdir. Azərbaycanın milli qəhrəmanları, azadlıq uğrunda mübarizləri dövlətin, xalqın ümummilli sərvətləridir. Bu insanlarla bağlı hər hansı təşəbbüslə çıxış etmək dövlətə, uzaqbaşı bu insanların yaxınlarına aid ola bilər, hansısa qəzetlər, fərdlər qəzetlərinin tirajını artırmaq, özlərini reklam etmək xətrinə Azərbaycanın qəhrəmanlarının adı ilə alver edə bilməzlər”.
O qeyd edib ki, İlhamla Fərizənin yaxınları, 20 Yanvar Cəmiyyətinin sədri ilə də söhbət ediblər. Onlar da qəhrəmanların sevgili səviyyəsinə endirməyin əleyhinə olublar: “İlhamın qardaşı Elxan bəy də mənimlə söhbətində bildirdi ki, bu barədə dəfələrlə Əvəz Zeynallıya xəbərdarlıq edib, sevgili söhbətini yığışdırmasını istəyiblər. Onlar da ailə üzvü kimi tərəfdardırlar ki, 30 iyun Sədaqət Andı Günü kimi qeyd olunsun. Elxan onu da dedi ki, Sevgililər Günü söhbətinin Əvəz Zeynallıya heç bir aidiyyatı yoxdur, ilk dəfə “Space” telekanalında şoumen Kamran Həsənli bunu dilə gətirib. Sonradan Əvəz Zeynallı bu ideyanı oğurlayıb, öz adına çıxıb”.
Etibar Hüseynov “Xural” qəzetinin son sayında onun ünvanına təhqir və böhtan yazdığı iddiası ilə Əvəz Zeynallını məhkəməyə verəcəyini də açıqlayıb: “Artıq vəkilimlə danışmışam. Nərimanov Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edəcəyik. Əvəz Zeynallının “Xural” qəzetində təkzib verməsini, üzr istəməsini və qəzetin 10 min manat cərimələnməsini istəyəcəyəm. Digər tərəfdən, Mətbuat Şurasına müraciət hazırlayıram. Mətbuat Şurasından bu qəzet barədə qanun çərçivəsində tədbir görməsini xahiş edəcəyəm ”.
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı isə Lent.az-a açıqlamasında qəzetində yazdıqlarının faktlara, şahidi olduğu hallara əsaslandığını vurğulayıb: “Hələ mən nə yazmışam? Etibarın Xuralın redaksiyasına gəldiyini, hansı informasiyalar verdiyini hələ mən yazmamışam ki?! Mən hələ anons xarakterli bir şey yazmışam, Etibar Hüseynova xəbərdarlıq etmişəm. İstəyir Mətbuat Şurasına şikayət etsin, istəyir Nərimanov Rayon Məhkəməsinə yox, Avropa Məhkəməsinə versin. O məni, mən də onu yaxşı tanıyıram”.
Baş redaktor Sevgililər Günü ilə bağlı korrekt, ehtiyatlı danışılmasının tərəfdarıdır: “Yəni İlhamla Fərizə sevgili deyillər, ər-arvaddırlar... Bilmirəm k, bu saçma, absurd şeyləri kim deyib, kim öyrədib ona”.
“Xural” qəzetinin baş redaktoru İlhamın qardaşı Elxanın 30 İyun Sevgililər Gününün əleyhinə olduğu, onun ideyanı Kamran Həsənlidən oğurladığı ilə bağlı E. Hüseynovun dediklərini əsassız adlandırıb: “Şəhidlərin ailəsinin adından Etibar Hüseynovun danışmaq haqqı yoxdur. Mən ümumiyyətlə, ailənin bu məsələdə işə qarışdırılmamasının tərəfdarıyam. Biz ilk gündən ailənin bununla bağlı xeyir-duasını almışıq və ilk gündən tədbirləri ailə ilə birlikdə keçiririk. Hər zaman bu tədbirlərdə ailə başda olub. Elxan elə söz deyə bilməz, ailə həmişə bizim tərəfimizdə olub. Kamran Həsənlinin ilk dəfə Sevgililər Günü ilə bağlı bu sözləri deməsinə gəlincə, hadisə 1990-cı ildə baş verib, 2003-cü ildə biz təklifi irəli sürmüşük. 13 il ərzində hər kəs bu barədə danışıb, İlhamla Fərizəni “əsrin sevgilisi” adlandırıblar. Onların adının Sevgililər Günü ilə əbədiləşdirilməsi ilə bağlı da müzakirələr olub, ola bilər ki, o sözü Kamran da desin”.
Əvəz Zeynallının sözlərinə görə, onlar “Xural” qəzeti olaraq bu təklifi reallaşdırmağa çalışıblar. O, özünün və qəzetinin adının da məsələ ilə bağlı hallandırılmasının önəmli olmadığını vurğulayıb: “Biz İlhamla Fərizənin əziz sevgilərinə xoş münasibətdən irəli gələrək belə addım atdıq”.

915