Bir maddəni də sən oxu… - FOTO
22 yanvar 2011 21:01 (UTC +04:00)

Bir maddəni də sən oxu… - FOTO

Lent.az-ın məlumatına görə, “Müsbət Dəyişiklik” gənclər hərəkatı “Konstitusiyamızın bir maddəsini də sən oxu, xatırla, xatırlat, əhəmiyyətini dərk et və təbliğ et” devizi altında ali qanunlar toplusunun qiraətini təşkil edib.

Tədbirin açılışında azadlıq uğrunda canlarını fəda edən şəhidlər bir dəqiqəlik sayğı duruşu ilə yad edildikdən sonra dövlət himni səsləndirilib. Daha sonra təşkilatın idarə heyətinin üzvü Nərmin Rəhimli çıxış edərək konstitusiyanın əhəmiyyətindən söz açıb. O, konstitusiyanın uca səslə oxunuşunu təşkil etməklə vətəndaşların, xüsusilə də gənclərin diqqətini öz konstitusion hüquqlarına cəlb etmək olduğunu bildirib.

İlk dəfə keçirilən bu tədbirdə bir neçə gənc tribunaya yaxınlaşaraq ardıcıl şəkildə əvvəldən axıra qədər konstitusiyamızın müvafiq maddəsini ucadan oxuyub.

Azad Fikir Universitetində keçirilən tədbir internet vasitəsilə ilə də canlı yayımlanıb.

Tədbirin davamı olaraq gənclər Şəhidlər Xiyabanını ziyarət edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 666

Oxşar yazılar