Ev telefonlarında dəqiqə hesabı tariflər tətbiq olunacaq
Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi stasionar (ev) telefonlarında dəqiqə hesabı ödənişlərə keçidlə bağlı Tarif Şurasına yeni təkliflər təqdim etmək niyyətindədir. Qeyd edək ki, adı çəkilən sistemə əsasən, stasionar telefonlardan istifadə haqqı, mobil telefonlarda olduğu formada, amma xeyli ucuz qiymətə, dəqiqə hesabı danışığa əsasən hesablanmalıdır.
“APA-ECONOMICS”-in məlumatına görə, nazir Əli Abbasov bildirib ki, nazirlik bununla bağlı mövqeyində dəyişiklik edib. Yeni təkliflərə əsasən, yeni sistem indiki sistemi dəyişmədən də tətbiq oluna bilər. Yəni bu məsələdə əhaliyə seçim təklif olunacaq: “Məsələn, istifadəçi abunə haqlarından imtina edə bilər, yəni heç bir abunə haqq vermək lazım deyil. Bu şərtlə çox cüzi qiymətlə vaxta görə ödənişə keçmək olar. Ola bilər ki, bu halda əhalinin çoxu ayda 1-1,5 manatdan çox xərcləməyəcək. Halbuki bu gün aylıq abunə haqqı 2 manatdır”.
Nazirin sözlərinə görə, əhaliyə bununla bağlı bir neçə tarif paketi təklif olunacaq.
Hazırda nazirlik bununla bağlı Tarif Şurası ilə aktiv işləyir: “Biz təkliflər paketini onlarla müzakirə edirik. Tarif Şurası qiymətlərin artımına tələbkar yanaşdığına görə, biz onlara bir yox, bir neçə təklif verəcəyik”.

592