“İcbari sığortalar haqqında” qanun layihəsi parlamentə göndərildi
21 yanvar 2011 19:03 (UTC +04:00)

“İcbari sığortalar haqqında” qanun layihəsi parlamentə göndərildi

Bu gün Milli Məclisin İqtisadi siyasət komitəsinin yaz sessiyası ərəfəsində ilk iclası keçirilib.
Lent.az-ın Milli Məclisin rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda çıxış edən komitənin sədri Ziyad Səmədzadə deyib ki, yaz sessiyasında Gömrük Məcəlləsi, Rəqabət Məcəlləsi, Tikinti Məcəlləsi, “İcbari sığortalar haqqında”, “Təhsil kreditləri haqqında” qanun layihələri və digər bir sıra layihələr müzakirəyə çıxarılacaq.

Sonra iclasda “İcbari sığortalar haqqında” qanun layihəsi müzakirə olunub. Komitə sədri bildirib ki, Azərbaycanda icbari sığorta sektoru kifayət qədər inkişaf etməyib. Bu, maraqlı və vacib qanundur. Bu qanun icbari sığorta sahəsində yaranan münasibətləri tənzimləməklə, bu sahədə sığortaçıların, sığortalıların, sığorta olunanların və faydalanan şəxslərin hüquq və mənafelərinin qorunması məqsədi ilə ölkəmizdə icbari sığortaların həyata keçirilməsinin ümumi əsaslarını müəyyən edəcək. Qanunda həmçinin ayrı-ayrı icbari sığorta növlərinin aparılması qaydaları və şərtləri də nəzərdə tutulub.

İclasda çıxış edən maliyyə nazirinin müavini Azər Bayramov qeyd edib ki, qanunvericilikdə müəyyən dəyişikliklər etməklə sığorta sektoruna inamı artırmaq və göstəriciləri yüksəltmək olar. Onun sözlərinə görə, yeni qanunda dörd icbari sığorta növü - daşınmaz əmlakın, nəqliyyat vasitələrinin mülki məsuliyyətinin, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin və sərnişinlərin icbari fərdi qəza sığortası təklif olunur. Layihədə sığorta edənlərin və sığorta olunanların hüquq və vəzifələri, məsuliyyəti əksini tapıb.
İclasın sonunda qanun layihəsi birinci oxunuşda Milli Məclisin müzakirəsinə tövsiyə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 754

Oxşar yazılar