Yeni binaların qazsız qalmasınınn günahkarı tikinti şirkətləridir
Bakıda tikintisi başa çatmış, amma hələlik istismara qəbul olunmayan binalarla bağlı vəziyyət, eləcə də həmin binaların qazlaşdırılması bu gün dövlət orqanlarının və tikinti şirkətlərinin iştirakı ilə keçirilən biznes-forumda müzakirə olunub.
«APA-ECONOMICS»in məlumatına görə, Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (Caspian-European Integration Business Club - CEIBC) nəzdində fəaliyyət göstərən “Caspian-European Construcrion Club”un təşkil etdiyi forumda ölkənin əsas tikinti şirkətləri və bu sahəyə nəzarət edən dövlət qurumları - Fövqəladə Hallar Nazirliyinin Tikintiyə Nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Əmək Müfəttişliyinin rəhbərliyi, eləcə də digər qurumların nümayəndələri iştirak ediblər.
Tədbirdə dövlət qurumlarının nümayəndələri tikintisi başa çatan binaların istismara qəbul edilməsi ilə bağlı sahibkarların suallarını cavablandırıblar. Görüşdə FHN nümayəndəsinə qazlaşdırılmayan binalardan birinin sakinlərinin ölkə rəhbərliyinə çoxsaylı müraciəti ilə bağlı sual da verilib.
İş adamlarına binanın istismara qəbulu ilə bağlı mövcud qanunvericiliyin tələblərini xatırladan FHN-in Tikintiyə Nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin rəisi Xalid Nəcəfov istismara qəbul aktının məhz bu tələblər çərçivəsində veriləcəyini bildirib. Hazırda yeni tikilən binaların qazlaşdırılmaması ilə bağlı çoxsaylı şikayətlərin olduğunu deyən müfəttişliyin rəisi lazımi sənədləşmə ilə tikilməməsi nəticəsində sakinlərin bu binalarda qazsız yaşamasının yolverilməz hal olduğunu, bunun səbəbkarının isə tikinti şirkətinin olduğunu bildirib: «Günahkar tikinti şirkətidir. Bina tikilirsə, burda yaşayış istismara qəbul komissiyasından keçəndən sonra olmalıdır. Reallıqda isə insanlar mənzillərinə bundan əvvəl köçürlər. Bina istismara təhvil verilmədən istismar oluna bilməz. Onlar əvvəlcə istismara yararlılıq üçün rəy almalıdırlar, yalnız bundan sonra qaz idarəsi orda qazlaşdırmaya icazə verir. Bunsuz qazlaşdırma ola bilməz».
Bununla yanaşı, X.Nəcəfov qurumun sakinlər yaşayan binaların istismara qəbuluna çalışdığını bildirib: «Biz çalışırıq ki, istismara qəbul olunmayan binaların hamısı istismara qəbul olunsun. Hətta Nazirlər Kabinetinin də qərarı var ki, onun icra layihəsi götürülüb ekspertizadan keçirilsin, tələblərə cavab versə, onu istismara qəbul etmək lazımdır». Bununla yanaşı, nazirlik nümayəndəsi artıq sakinlərin yaşadığı binalara istismar aktı veriləndə nisbətən yumşaq yanaşmanın tətbiq edilməsinin mümkünlüyünü istisna edib: «Bina və qurğular hər şeydən əvvəl təhlükəsizlik tələblərinə cavab verməlidir».

887