2-ci Bakı Ürək Günləri Beynəlxalq Konqresi keçiriləcək
Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti 13-15 may tarixlərində Heydər Əliyevin xatirəsinə həsr olunmuş 2-ci Bakı Ürək Günləri Beynəlxalq Konqresini keçirəcək.
Cəmiyyətdən Lent.az-a verilən məlumata görə, Konqres zamanı kardiologiya və ürək cərrahiyyəsindəki ən mübahisəli problemlərə toxunulmağa və konqresin elmi-praktik səviyyəsinin yüksək olmasına çalışılacaq.
İlk dəfə olaraq respublikamızdan və xarici ölkələrdən məqalə və tezislərin elektron qəbulu həyata keçirilir. Mübahisəli xəstələr üzərində dünyanın tanınmış mütəxəssisləri ilə birgə aparılacaq əməliyyatların Konqres salonunda canlı yayımı Bakı Ürək Günlərinin elmi-praktik əhəmiyyətini daha da yüksəldəcək. Konqres azərbaycanlı kardioloq və kardiocərrahlara dünyanın ən qabaqcıl mütəxəssisləri ilə bu sahədəki ən son nailiyyətləri müzakirə etmək imkanı verəcək. Təşkil ediləcək sosial proqram ilə xüsusilə, əcnəbi qonaqlar Azərbaycanımızın zəngin tarixi və mədəni irsi ilə tanış olmaq imkanı əldə edəcəklər.
Artıq Konqresdə iştirak etmək üçün qeydiyyat və məqalələrin qəbuluna başlanıb.

Oxşar yazılar

Əlinizə baxaraq keçəlləşməyə meyilli olub-olmadığınızı anlayın
25 iyul 2025 , 18:33
Bakıda bu yollar sabahdan TAM BAĞLANIR
25 iyul 2025 , 16:53
Sabah çimərliklərdə suyun temperaturu 28-dərəcəyə çatacaq
25 iyul 2025 , 15:14
700 bal toplayan Şəki məktəblisi: "İndiyədək telefonum olmayıb"
25 iyul 2025 , 14:02
Dünyanın ən quraq yerinə qar yağdı: inanılmaz dərəcədə heyrətamiz nadir hadisə
25 iyul 2025 , 13:03
Lent.az-ın əməkdaşı MEDİA müsabiqəsində qalib oldu
25 iyul 2025 , 12:12
Sabah Bakıya yağış yağa bilər - hava PROQNOZU
25 iyul 2025 , 12:11