30 obyektin istismarı dayandırılıb
21 yanvar 2011 14:55 (UTC +04:00)

30 obyektin istismarı dayandırılıb

Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2010-cu ilin dekabr ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsullar istehsal edən 109 müəssisənin sahibkarı inzibati qaydada cərimələnib.

Lent.az-ın Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 30 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 19 nəfər işdən müvəqqəti kənarlaşdırılıb. Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 863, mikrobioloji göstəricilərinə görə 527, toksikoloji göstəricilərinə görə 121, radioloji göstəricilərinə görə 40 yeyinti məhsullarının nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 12-də orqanoleptik və fiziki-kimyəvi, 9-da mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən olunub. Şadlıq evlərindən 204 soyuq qəlyanaltı nümunəsi götürülüb, nümunələrdə normadan kənara çıxma müəyyənləşməyib. Müayinəyə götürülmüş 1979 yaxma nümunəsinin 38-də mikrobioloji çirklənmə aşkarlanıb.

Dekabr ayı ərzində əhali arasında 25 qida zəhərlənməsi hadisəsi baş verib, 35 nəfər zərərçəkən olub. O cümlədən 5 botulizm hadisəsi baş verib, 8 nəfər zərərçəkən olub, 2 nəfər vəfat edib. Qida zəhərlənmələri hadisələri ev şəraitində hazırlanmış xiyar turşusu və digər qidaların qəbulu nəticəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1370

Oxşar yazılar