Səhiyyə Nazirliyi: Azərbaycanda cinsi yolla İİV-ə yoluxanların sayı artıb
Respublika QİÇS-lə Mübarizə Mərkəzi 2010-cu ilin yekunları ilə bağlı hesabatını açıqlayıb. Lent.az-ın Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, BMT-nin İİV/QİÇS üzrə Birləşmiş proqramının (UNAİDS) 2010-cu il noyabrın 23-də dərc etdiyi hesabatında ilk dəfə göstərilir ki, dünya miqyasında QİÇS epidemiyasının dayandırılmasına və İİV-in yayılmasının qarşısının alınmasına nail olunub.
Son 10 ildə yeni yoluxma hallarının və son 5 ildə QİÇS-dən ölüm hallarının 20% azalması, İİV-lə yaşayan insanların sayının isə stabilləşməsi qeyd edilib. Hesabatda göstərilir ki, ümumilikdə 2009-cu ilin sonuna yer kürəsində İİV–lə yaşayan insanların sayı 33,3 milyon təşkil edib ki, onlardan da 15,9 milyonu qadın, 2,5 milyonu uşaqdır. Təkcə 2009-cu il ərzində dünya üzrə İİV-ə yeni yoluxmuş insanların sayı 2,6 milyon, QİÇS-dən vəfat etmiş insanların sayı 1,8 milyon olub.
Azərbaycanda da İİV-infeksiyası/QİÇS problemi ən aktual problem olaraq daim Səhiyyə Nazirliyinin nəzarətindədir. Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və burada epidemiya əsasən yüksək riskli qrupa aid olan inyeksion narkotik istifadəçiləri arasında yayılıb, lakin son illər cinsi yolla yoluxanların sayı artıb. Bununla belə, son 4 il ərzində Azərbaycanda yeni İİV-ə yoluxmuş insanların aşkar olunması eyni səviyyədə qalmaqdadır.
2010-cu ildə Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 459 nəfər olub. Onlardan 97,4% Azərbaycan vətəndaşı, 2,6% isə əcnəbi vətəndaşdır. Qeydiyyata alınmış Azərbaycan vətəndaşından 80,3% kişi, 19,7% qadındır. Bu dövr ərzində QİÇS mərhələsinə keçən Azərbaycan vətəndaşlarının sayı 244 nəfər, QİÇS-dən dünyasını dəyişmiş vətəndaşların sayı 52 nəfər olub.
Səhiyyə Nazirliyi tərəfindən İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi Respublika QİÇS-lə Mübarizə Mərkəzində davam etdirilib. QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun və Səhiyyə Nazirliyinin dəstəyi ilə 2006-cı il avqustun 11-dən tətbiq edilən antiretrovirus terapiyaya hazırda 587 İİV-lə yaşayan insan cəlb olunub. 257 nəfərin müalicəsi 2010-cu ildə başlayıb.
Əvvəlki illərdə olduğu kimi, 2010-cu il ərzində Mərkəzin əməkdaşlarının səyi ilə əhali arasında maarifləndirmə tədbirləri keçirilib, Respublikada İİV/QİÇS problemi üzrə fəaliyyət göstərən ictimai və beynəlxalq təşkilatlarla əməkdaşlıq davam etdirilib.

615