Azərbaycanda “quş qripi” tapılmayıb
Bu barədə Lent.az-a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən bildirilib. Məlumata görə, köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli park və qoruqlarda, respublikanın dənizsahili zonalarında nəzarəti tədbir həyata keçirilib. Dövlət Baytarlıq Xidməti, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, eləcə də “Ovçular və balıqçılar” Cəmiyyətinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə monitorinqin aparıldığı ərazilərdə nə xəstə, nə də xəstəlikdən tələf olan quşlara təsadüf olunmayıb: “Hal-hazırda “quş qripi” xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə respublikamızda epizootik vəziyyət sabitdir”.
Dövlət Baytarlıq Xidməti əhalinin və quşçuluq təsərrüfatı rəhbərlərinin nəzərinə çatdırır ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev və sənaye quşları mütləq qapalı şəraitdə saxlanılmalıdır. Heyvan və quşlar arasında hər hansı narahatçılıq hiss etdikləri anda yerli baytarlıq məntəqələrinə, idarələrinə, eləcə də xidmətin “Qaynar xətt”inə (Tel: 563-50-06) müraciət etsinlər. Heyvan və quşlarda özbaşına müalicə, peyvəndləmə və digər tədbirləri aparmağa yol verməsinlər.
Qurum bildirir ki, bütün növ quşların ovlanması, qanunla müəyyən edilməyən yerlərdə və ticarət obyektlərində quşların diri formada, eləcə də quş əti və məhsullarının satışı qadağandır.
“Quş qripi” xəstəliyinin ölkəmizə köçəri quşlarla keçmə ehtimalını diqqət mərkəzində saxlamaq məqsədilə Dövlət Baytarlıq Xidməti respublika ərazisində ardıcıl olaraq monitorinqləri bundan sonra da davam etdirəcək. Quşların miqrasiyasını əsas götürərək, növbəti monitorinqin yanvarın 31-də başlanması nəzərdə tutulur.
Xatırladaq ki, yanvarın 10-dan “quş qripi” xəstəliyinə görə ölkə ərazisində başlanmış ilin ilk monitorinqi zamanı seçmə üsulla ovlanaraq götürülən 23 baş çöl quşunun patoloji materialı, ölkəmizin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlardan gətirilən 1368 baş ev quşunun qan nümunələri, eləcə də 23 baş ev quşunun patoloji materialı Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirilib.

610