“Azərbaycan halal standartı hələlik müəyyən olunmayıb”
“Azərbaycanda halal standartı hələlik müəyyən olunmayıb”. APA-nın xəbərinə görə, bu açıqlamanı jurnalistlərə Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov verib. Komitə sədri halal standartının mübahisəli bir məsələ olduğunu bildirib: “Bütün müsəlman ölkələrinə müraciət etmişik. Lakin bəzi problemlər var. Hazırda hər hansı bir məhsulun üzərinə “halal” yazılırsa, bu sadəcə olaraq ticarət nişanıdır və onun əhəmiyyəti yoxdur”.
Komitə sədri yeyinti məhsullarının keyfiyyəti ilə bağlı əsasən çörək istehsalında problemlərin olduğunu da bildirib: “Bu problem demək olar ki, bütün yeyinti sahələrində var. Lakin əsasən çörək istehsalında problemlər çoxdur. Ötən il yüzdən çox çörəkbişirmə sexinə cərimə sanksiyası tətbiq olunub”.
Ramiz Həsənov Azərbaycan standartlarının Avropa standartlarına uyğunlaşdırılması sahədə işlərin görüldüyünü deyib: “Biz çalışırıq ki standartlarımız Avropada tanınsın. Bununla bağlı prezidentin göstərişi var. Ötən il 162 standart qəbul etmişik. Eyni zamanda Azərbaycanın yeyinti məhsullarından cemlər, şirələr, mürəbbələr Avropa ölkələrinə ixrac olunur”.

580