4 mama-ginekoloq müsahibədən keçib
20 yanvar 2011 11:18 (UTC +04:00)

4 mama-ginekoloq müsahibədən keçib

Yanvarın 19-da praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin ikinci mərhələsi - müsahibəsi keçirilib.

Lent.az-ın Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, müsahibədə yanvarın 5-də mama-ginekologiya ixtisası üzrə test imtahan verən və birinci mərhələdən uğurlu nəticələr əldə edən həkimlər iştirak ediblər.

Sertifikasiya komissiyanın yekdil qərarına görə, müsahibədə iştirak edən 4 mama-ginekoloq növbəti mərhələni də uğurla keçib.

Yanvarın 19-da Səhiyyə Nazirliyi praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanını da keçirib. İmtahan oftalmologiya və ümumi cərrahiyyə ixtisasları üzrə aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1204

Oxşar yazılar