“Şahdağ Qış Turizm Kompleksinin tikilişində əsas çətinlik infrastrukturun yaradılmasından ibarətdir”
19 yanvar 2011 19:28 (UTC +04:00)

“Şahdağ Qış Turizm Kompleksinin tikilişində əsas çətinlik infrastrukturun yaradılmasından ibarətdir”

Lent.az-ın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.
Nazir “Şahdağ” Qış Turizm Kompleksinin tikilişində əsas çətinliyin infrastrukturun yaradılmasından ibarət olduğunu qeyd edib: “İnfrastruktur tək yolların, suyun, qazın nəqli və xətlərin çəkilməsindən ibarət deyil. Kompleksin lift təsərrüfatı, qaldırıcı təsərrüfatı, süni qarlaşma kimi böyük bir infrastruktur sahələri bərpa olunacaq. Bu ilin sonuna qədər bu kompleksin fəaliyyətini təmin etməyə qadir olacaq infrastruktur tamamlanacaq. Dövlət yalnız orada bir otel tikir. Ondan sonra sərmayeçilər qoşulmalıdır. Biz artıq bu marağı görürük. Bu ilin yazında bu avadanlıqlardan bir neçəsi sınaqdan keçiriləcək”.



Əbülfəs Qarayev Mədəniyyət və Turizm Nazirliyinin 5 illik yubileyinin təntənəli şəkildə qeyd olunmayacağını da deyib. Nazir hesab edir ki, beş yaş o qədər də böyük yubiley deyil: “Biz Mədəniyyət və Turizm Nazirliyində bizimlə əməkdaşlıq edən qurumların nümayəndələri ilə birgə dəyirmi masa keçirəcəyik. Orada yəqin ki, fəaliyyətimizə hansısa qiymət veriləcək, fikir səslənəcək. Bunula da beş illiyin qeyd olunması tamamlanacaq. Çünki növbəti gün bizi adi bir işgüzar günü gözləyəcək”.

Xəyalə Muradlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 595

Oxşar yazılar