20 Yanvar rəssamların gözü ilə
Lent.az-ın məlumatına görə, açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək, bütün mədəniyyət ocaqlarında və müəssisələrində 20 Yanvar faciəsinə həsr olunmuş tədbirlərin keçirildiyini, bu ənənənin hər zaman davam edəcəyini bildirib.
Nazir qeyd edib ki, 20 yanvar mövzusu rəssamların yaradıcılığında sıradan çıxmayan mövzulardan biridir: “Bu əsərlərin bəziləri rəssamların özlərindən alınaraq muzeyin fonduna daxil edilib. müxtəlif sərgilərdə nümayiş etdirilir. Xalq yaxşı günlərini yaşadıqca, faciələri günlərini də unudulmamaq naminə gələcək nəsillərə çatdırmalıdır. Tarixin belə qanlı səhifələrinin yaddan çıxmaması üçün ən yaxşı vasitələrdən biri də bu əsərlərdir”.
Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov 21 il öncə baş vermiş faciəli gecəni xatırlayıb. “Faciəli günlərimizi əks etdirən əsərlər nə qədər çox yaransa, bu tarixi dünyaya tanıtmaq üçün bir o qədər yaxşıdır”, - deyə F. Xəlilov əlavə edib.
İttifaq sədri Xocalı faciəsinin növbəti ildönümü ərəfəsində rəssamlar arasında müsabiqə elan olunacağını da vurğulayıb.
Qeyd edək ki, sərgidə 20-yə yaxın müəllifin 28 qrafika və boyakarlıq əsəri, 3 heykəltəraşlıq nümunəsi sərgilənib. Sərgi bir neçə gün davam edəcək.
Xəyalə

1333