Binəqədidə 20 Yanvar faciəsi anıldı - FOTO
Aparatın ictimai-siyasi şöbəsinin müdiri Natiq Əliyevin Lent.az-a verdiyi məlumata görə, RİH başçısı tərəfindən imzalanan sərəncama müvafiq olaraq 20 Yanvar faciəsinin XXI ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir. Şəhid ailələri ilə görüşdə çıxış edən RİH başçısı Alı Qocayev 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun əsgərləri tərəfindən Bakıda çox dəhşətli və qanlı cinayətin törədildiyini, öz hüquqlarının bərpası üçün küçə və meydanlara toplanmış əliyalın insanlara odlu silahlardan atəş açıldığını, bunun nəticəsində 131 nəfər mülki şəxsin amansızcasına qətlə yetirildiyini, çoxlu sayda insanın yaralanaraq əlil olduğunu bildirib. RİH başçısı faciəyə yalnız Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra hüquqi və siyasi qiymət verildiyini vurğulayıb.
Tədbirdə Rayon Gənclər və İdman İdarəsi tərəfindən rayonun orta ümumtəhsil məktəblərində oxuyan şagirdlər arasında keçirilmiş “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb. Həmçinin, 50 nəfər 20 Yanvar əlilinə və 19 şəhid ailəsinə maddi yardım göstərilib, ərzaq bağlamaları verilib.
Anım mərasimi rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Biləcəri qəsəbəsində yerləşən 20 Yanvar parkında ucaldılmış “Ana fəryadı” abidəsinin önündə davam etdirilib.
Tədbirdə 26 saylı Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzi üzvləri tərəfindən 20 Yanvar faciəsinə aid ədəbi-bədii kompozisiya nümayiş olunub.

Oxşar yazılar

Əlinizə baxaraq keçəlləşməyə meyilli olub-olmadığınızı anlayın
25 iyul 2025 , 18:33
Bakıda bu yollar sabahdan TAM BAĞLANIR
25 iyul 2025 , 16:53
Sabah çimərliklərdə suyun temperaturu 28-dərəcəyə çatacaq
25 iyul 2025 , 15:14
700 bal toplayan Şəki məktəblisi: "İndiyədək telefonum olmayıb"
25 iyul 2025 , 14:02
Dünyanın ən quraq yerinə qar yağdı: inanılmaz dərəcədə heyrətamiz nadir hadisə
25 iyul 2025 , 13:03
Lent.az-ın əməkdaşı MEDİA müsabiqəsində qalib oldu
25 iyul 2025 , 12:12
Sabah Bakıya yağış yağa bilər - hava PROQNOZU
25 iyul 2025 , 12:11