Kolleclərin də daxili nizamnamələri olacaq
19 yanvar 2011 16:38 (UTC +04:00)

Kolleclərin də daxili nizamnamələri olacaq

Nazirlər Kabineti "Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında qərar çıxarıb.

Lent.az-ın məlumatına görə, bu qərarla "Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi" təsdiq edilib. "Orta ixtisas təhsili müəssisələrinin Əsasnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 30 mart tarixli 73 nömrəli qərarı qüvvədən düşmüş hesab edilir.

Sənədə əsasən, orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi təhsil müəssisəsinin pedaqoji şurası tərəfindən qəbul olunur və təsisçisi (Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi nizamnamələr istisna olmaqla) tərəfindən təsdiq edilir. Bələdiyyə və özəl orta ixtisas təhsili müəssisələrinin nizamnamələri Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəyi əsasında təsisçilər tərəfindən təsdiq edilir.

Orta məktəblərdə olduğu kimi, kolleclərdə də təhsilalanların geyim forması hər bir təhsil müəssisəsinin öz nizamnaməsi ilə müəyyən olunur.
Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 662

Oxşar yazılar