Ötən il 20 qrant müqaviləsi qeydə alınıb
19 yanvar 2011 16:25 (UTC +04:00)

Ötən il 20 qrant müqaviləsi qeydə alınıb

Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, qrant müqavilələrinə (qərarlarına) görə alınmış vəsait 4 qrant müqaviləsi (qərarı) üzrə 86892 manat, 13-ü üzrə 303937 ABŞ dolları, 3-ü üzrə isə 79795 avro təşkil edib. Qrant vəsaitləri Azərbaycanda mini-kinofestivalın keçirilməsinə, könüllülərin müstəqil mədəni layihələrə cəlb edilməsinə, biznes təlimlərinin keçirilməsinə, ictimai dialoqun canlandırılması və medianın inkişafı layihəsinin həyata keçirilməsinə, qəzetin rus versiyasının hazırlanması, çapı və yayılmasına, informasiya agentliyinin elektron poçtu daxil olmaqla infrastrukturunun təkmilləşdirilməsinə, kənd təsərrüfatında bazarlara çıxışı təmin etmək üçün icmalarda infrastrukturun bərpası və idarə edilməsində icmalara və fermerlərə dəstək verilməsinə və digər istiqamətlərə yönəldilib.

Nazirlikdə bildirirlər ki, həmin qrant müqavilələri ölkə prezidentinin 2004-cü il 12 fevral tarixli fərmanı ilə təsdiq edilmiş "Qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması Qaydaları"na müvafiq olaraq, kommersiya hüquqi şəxslərin müraciətləri əsasında qeydiyyata alınıb.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 580

Oxşar yazılar