“Təhsildə Bərabərlik” QHT Alyansı fəaliyyətə başladı
Alyansın əsas məqsədi cəmiyyətin ən həssas təbəqələrindən olan uşaqlar üçün keyfiyyətli təhsilin bərabər təminatı istiqamətində çalışan QHT və ekspertlərin imkanlarını birləşdirməkdir.
Alyans Gənclər üçün Təhsil Mərkəzi, “Ümid-98”, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi, “Buta” Humanitar Uşaq Fondu və Azərbaycan Uşaqlar Birliyi tərəfindən yaradılıb.
Alyansın yaranma zərurəti təsisçi olan QHT-lərin cəmiyyətin ən həssas təbəqələrindən olan uşaqlar üçün keyfiyyətli təhsilin təminatı istiqamətində layihələri və bu layihələrdəki birgə əməkdaşlıq niyyəti olub.
Alyans ilkin mərhələdə məcburi köçkün uşaqlara yönəldilmiş layihələri icra edən QHT-ləri özünə cəlb edəcək. Sonrakı mərhələdə isə mümkün qədər çox təhsil yönümlü QHT-ləri və ekspertləri bir araya gətirəcək ki, onlar, səylərini birləşdirərək daha uğurlu və səmərəli nəticələri və məhsulları əldə etmək məqsədilə layihələrində bir-birilərinin uğurlu təcrübələrini tətbiq edə bilsinlər.
Alyans ilk fəaliyyətinə Açıq Cəmiyyət İnstitutu Yardım Fondu tərəfindən maliyyələşdirilən “Sosial cəhətdən həssas uşaqların mövcud təhsil problemlərinin monitorinqi və problemin həlli üçün stimullaşdırıcı tədbirlər” layihəsi ilə başlayır. Belə ki, bu layihənin əsas məqsədi həssas və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün alternativ xidmətlərin təşkili, bu sahəyə ictimaiyyətin və hökumətin diqqətinin daha da artırılmasıdır.

Oxşar yazılar

İyulun 12-dən bu BÜRCƏ yeni həyat vəd edildi
12 iyul 2025 , 18:37
Afrikanın dörd ən zəngin adamının sərvəti qitə əhalisinin yarısından çoxdur
12 iyul 2025 , 17:25
Bu 4 tarixdə doğulan insanlar həyatda uğur qazanırlar
12 iyul 2025 , 16:10
XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22
Sabah dəhşət isti olacaq
12 iyul 2025 , 12:12
Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09