Dekabrda ərzağın qiyməti daha 2 faiz artıb
Dövlət Statistika Komitəsi 2010-cu ilin dekabr ayında istehlak bazarında qiymətlərin dəyişməsi üzrə statistik məlumatları açıqlayıb.
Komitədən Lent.az-a bildiriblər ki, hesablamalara əsasən, ötən ilin dekabr ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri 1,4 faiz bahalaşıb. Ay ərzində ərzaq məhsullarının qiymətləri 2 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,9 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri isə 0,2 faiz bahalaşıb.
Komitənin məlumatlarından görünür ki, ötən ay ərzaq məhsulları arasında ən çox bahalaşma buğda unu, manna yarması, çörək məhsulları, makaron məmulatları, qoyun əti, toyuq və toyuq budu, təzə balıq, süd, xama, pendir, yumurta, kərə yağı, bitki yağları, limon, portağal, banan, alma, armud, heyva, nar, xurma, şabalıd, kələm, xiyar, pomidor, bibər, sarımsaq, soğan və kartofda qeydə alınıb. Qış mövsümü ilə əlaqədar olaraq geyim və ayaqqabıların qiymətlərində müşahidə olunan bahalaşma davam edib.
Dekabrda bahalaşma ilə yanaşı bəzi ərzaq məhsullarının qiymətlərində ucuzlaşma da müşahidə olunub. Ucuzlaşma əsasən, qarabaşaq yarmasının, sümüklü mal ətinin, naringinin, göyərtinin, çuğundurun, kökün qiymətlərində qeydə alınıb.
Elxan SALAHOV

532