TQDK magistraturaya qəbulla bağlı seminar keçirib
18 yanvar 2011 18:45 (UTC +04:00)

TQDK magistraturaya qəbulla bağlı seminar keçirib

TQDK-nın mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, tədbirdə komissiyanın Təşkilat şöbəsinin müdiri Arzu Bağırov çıxış edib. O, SQK üzvlərinin öz fəaliyyətlərini səmərəli təşkil etmələri üçün vacib olan məsələlərə toxunaraq onların üzərinə düşən vəzifələr barədə müvafiq göstərişlər verib. Arzu Bağırov SQK-lara müraciət edən, magistraturaya qəbula dair suallar verən bakalavrlara hərtərəfli məlumat verməyin, onlarla izahat işləri aparmağın vacibliyini söyləyib.

Daha sonra Ali təhsil və dövlət qulluğu üzrə yoxlama-ölçmə materiallarının işlənməsi sektorunun müdiri Natiq Əliyev, İmtahanların təşkili və idarə edilməsi sektorunun müdiri Hidayət Zeynalov, İnformasiyalaşdırma və texnoloji təminat şöbəsinin əməkdaşı İlqar Mahmudov çıxış edərək “Elektron ərizə” qəbulu sisteminin proqram təminatı və sənəd qəbulunun aparılması qaydaları barədə geniş məlumat veriblər.

Tədbirdə SQK üzvləri ərizə qəbulu sisteminin real rejimdə nümayişi ilə də tanış olublar. Sonda komissiya nümayəndələri SQK təmsilçilərini maraqlandıran suallar cavablandırıblar.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 626

Oxşar yazılar