COMSTECH İcraiyyə Komitəsinin Bakıda iclası keçiriləcək
Azərbaycanda informasiya texnologiyaları və elm sahələrində görülən işlərlə yerində tanış olmaq, mövcud təcrübəni ötürmək məqsədilə İslam Konfransı Təşkilatının Elm və Texnoloji Əməkdaşlıq üzrə Daimi Komitəsinin (COMSTECH) İcraiyyə Komitəsinin növbəti, 29-cu iclası bu ilin aprel ayında Bakıda keçiriləcək. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, bu qərar bu il yanvarın 10-dan 13-dək İslamabadda COMSTECH-in İcraiyyə Komitəsinin 28-ci və Baş Assambleyasının 14-cü iclası zamanı qəbul edilib.
Qeyd edək ki, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov COMSTECH-in Baş Assambleyasının baş məruzəçisi seçilib. Əli Abbasov İslamabadda keçirilən tədbirdəki çıxışında Azərbaycanda elm və texnologiya sahələrinin sürətlə tərəqqisi, ikitərəfli və regional əlaqələrin inkişafı, bu istiqamətdə respublikada təsis edilmiş Elmin İnkişafı Fondunun səmərəli fəaliyyəti ilə bağlı məlumat verib.
İclas ərəfəsində nazir Əli Abbasov İKT-nin baş katibi Ekmələddin İhsanoğlu, Pakistan, Suriya, Misir, İran və Malayziyadan olan həmkarları, habelə Pakistan Elm Fondunun, Pakistanın Elm və Sənaye Tədqiqatları Şurasının sədrləri və digər şəxslərlə görüşlərində elm və texnologiya sahələrində Azərbaycanla əlaqələrin inkişafına dair müzakirələr aparıb. Görüşlərdə yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib.
Əli Abbasov Pakistanın ingilisdilli “Pakistan Observer” qəzetinə müsahibə də verib.

626