Sumqayıta metro magistral yolun altı ilə çəkiləcək - EKSKLÜZIV
18 yanvar 2011 18:37 (UTC +04:00)

Sumqayıta metro magistral yolun altı ilə çəkiləcək - EKSKLÜZIV

Artıq metro xəttinin çəkilişi ilə bağlı bəzi ərazilər öyrənilib və tədqiqatlara başlanılıb. Bu barədə Lent.az-a Bakı Metropolitenindən məlumat verilib.


Metro xəttinin əvvəlcə “Avtovağzal” stansiyasından başlanması nəzərdə tutulsa da, hazırda başqa bir neçə variant nəzərdən keçirilir. Nəzərdən keçirilən variantlardan biri və hazırda mütəxəssislərin əksəriyyətinin üzərində durduğu “Memar Əcəmi” stansiyasından Binəqədi rayonunun Biləcəri qəsəbəsindən keçməklə Sumqayıta metro tunelinin tikintisidir. Hökumətin metro çəkilişləri zamanı xərclərinin azaldılması üçün bu variant hazırda ən səmərəlisi hesab olunur.


Bakı Metropoliteninin adının çəkilməsini istəməyən vəzifəli şəxsinin sözlərinə görə, üzərində müzakirələr aparılan variant metro tunelinin Bakı-Sumqayıt avtomobil magistralının altı ilə tikilməsidir: “Uzun illərdir üzərində söz-söhbət getməsinə baxmayaraq, indiyədək laiyhənin keçəcəyi ərazi dəqiqləşdirilməmişdi. Artıq bütün mümkün yerlərdə torpaqların üzərində tikililər var. Bunlar xətt çəkilən zaman sökülməlidir. Öz növbəsində bu da metro çəkilişi xərclərinin dəfələrlə bahalaşması deməkdir. Ona görə də ən real variant magistralın altı ilə tunelin qazılmasıdır. Digər tərəfdən, bu variantda yalnız Biləcəridə müəyyən sayda tikili söküləcək. Geoloji tədqiqatlar da onu deməyə əsas verir ki, magistralın altında tuneli qazmaq mümkündür”.


Metro əməkdaşının sözlərinə görə, Bakı-Sumqayıt xəttinin üzərində bir neçə stansiya ola bilər. Bura Biləcəri, Xırdalan dairəsi və ya Masazır (qəsəbənin girişi), Qafqaz Universiteti yaxınlığı, Saray qəsəbəsi (giriş (DYP postu)), Ceyranbatan və Sumqayıt stansiyaları daxildir.


Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1494

Oxşar yazılar