Məmur olmaq istəyənlərin imtahan nəticələri açıqlandı
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 2010-cu ilin 21, 29 oktyabr və 26 noyabr tarixlərində dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsabiqələr üzrə test imtahanlarının nəticələrini açıqlayıb.
Komitədən Lent.az-a verilən məlumata görə, həmin tarixlərdə 97 dövlət orqanı üzrə 826 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün təşkil olunan müsabiqənin test imtahanı mərhələsi 2010-cu il 10 dekabr – 2011-ci il 14 yanvar tarixlərdə keçirilib. Müsabiqənin test imtahanı mərhələsi zamanı namizədlərin dünyagörüşü, qanunvericilik, informasiya texnologiyaları, məntiqi düşünmə qabiliyyəti sahəsində bilikləri yoxlanılıb.
Müsabiqədə iştirak etmək üçün komissiyada 3083 namizəd qeydə alınmışdı. Onlardan 1297 nəfəri (bütün namizədlərin 42,07 faizi) qanunvericiliyə müvafiq olaraq müsabiqənin ilk mərhələsini uğurla başa vurub. Namizədlərdən 307 nəfəri test imtahanında iştirak etməyib. Test imtahanının nəticələri test imtahanı başa çatdıqdan dərhal sonra namizədlərin nəzərinə çatdırılıb. Həmçinin nəticələr Komissiyasının rəsmi internet saytında da yerləşdirilib.
Test imtahanının nəticələrinə görə İqtisadi İnkişaf Nazirliyi üzrə 28 yerə qarşı qeydə alınmış 412 namizəddən 196-sı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə 50 yerə qarşı qeydə alınmış 481 namizəddən 191-i, Dövlət Sosial Müdafiə Fondu üzrə 210 yerə qarşı qeydə alınmış 408 namizəddən 134-ü, Bakı Apelyasiya Məhkəməsi üzrə 10 yerə qarşı qeydə alınmış 143 namizəddən 96-sı, Təhsil Nazirliyi üzrə 67 yerə qarşı qeydə alınmış 147 namizəddən 80-i test imtahanından uğurla keçib.
Elxan SALAHOV

602