DSMF Suraxanı rayon şöbəsinin 11 əməkdaşı işdən çıxarılıb
18 yanvar 2011 13:37 (UTC +04:00)

DSMF Suraxanı rayon şöbəsinin 11 əməkdaşı işdən çıxarılıb

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Daxili audit şöbəsinin apardığı audit araşdırması zamanı Bakı şəhər Suraxanı rayon şöbəsində pensiyaların ödənişi və uçotu sahəsində ciddi nöqsanlar aşkarlanıb.


Bu barədə Lent.az-a DSMF-nin ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Elman Babayev bildirib. Onun sözlərinə görə, fondun kollegiyasının qərarı ilə fəaliyyətlərində saxtakarlıq edərək vəsaitlərin təyinatından kənarlaşdırmaqla mənimsənilməsinə yol vermiş Suraxanı rayon şöbəsinin maliyyə–uçot sektorunun müdiri, baş mühasib Kərim Muradovun, məsləhətçi-mühasibləri Dunay Şirəliyeva, Maisə Qurbanova, Təranə Cavadova, Kəmalə Hüseynova, Elnarə Hüseynova, Sevda İsmayılova, Mehparə Əliyeva, Hikmət Şirinov, Emin Hüseynov və Akif Sərkərovun vəzifələrindən azad edilib. Həmçinin audit araşdırması materiallarının müvafiq tədbirlərin görülməsi üçün Baş Prokurorluğuna təqdim olunması barədə qərar qəbul olunub.

Elman Babayev deyib ki, DSMF fəaliyyətində nöqsanlara yol verən yerli orqan əməkdaşları barədə ciddi tədbirləri mütəmadi olaraq davam etdirir. Bu sırada yol verilən hüquqpozmaların aşkarlanması və hüquq-mühafizə orqanlarının məlumatlandırılması xüsusi yer tutur.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1515

Oxşar yazılar