“Tarixə çevrilmiş şəkillər”
18 yanvar 2011 13:28 (UTC +04:00)

“Tarixə çevrilmiş şəkillər”

Lent.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə muzeyin direktoru Fəridə Şəmsi açaraq sərginin ekspozisiyası barədə məlumat verib. O bildirib ki, sərgidə muzeyin fondunda saxlanılan və Tahir Cəfərova, Oqtay Məmmədova, Sənan Ələsgərova və digər fotoqraflara məxsus 50 fotoşəkil nümayiş olunur. Həmçinin, şəhidlər Azər Ələkbərov və Ağabəy Novruzbəylinin şəxsi əşyaları da ilk dəfə olaraq ekspozisiya daxil edilib.


Tədbirdə 20 Yanvar şəhidlərindən biri Gültəkin Əsgərovanın anası, Şəhid Anaları Xeyriyyə Mərkəzinin sədri Rəfiqə Əsgərova məşum gecə baş verənləri bir daha xatırlayıb. 20 yanvar faciəsini tarixin ən ağır və qanlı səhifəsi adlandırıb.

Qeyd edək ki, tədbir iştirakçılarına 20 Yanvar faciəsi haqqında anket təqdim olunub.

Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1100

Oxşar yazılar