Sabah həkimlərin növbəti imtahanıdır
18 yanvar 2011 11:28 (UTC +04:00)

Sabah həkimlərin növbəti imtahanıdır

Sabah həkimlərin sertifikasiyası məqsədilə növbəti test imtahanları keçiriləcək.

Səhiyyə Nazirliyinin Lent.az-a bildiriblər ki, sabah 2 tibb sahəsi üzrə həkim-mütəxəssislərin biliyi yoxlanılacaq. Belə ki, nazirliyin əvvəlcədən müəyyən etdiyi qrafikə uyğun olaraq, yanvarın 19-da oftalmologiya və ümumi cərrahiyyə ixtisasları üzrə praktik tibb fəaliyyəti göstərən həkimlər imtahan verəcək. İmtahanlar saat 10.00-da başlayır və 3 saat ərzində həkimlərə 100 sual təqdim olunur. Bu suallardan ən azı 60-a düzgün cavab verənlər ikinci mərhələyə – müsahibəyə buraxılır.


Xatırladaq ki, həkimlərin sertifikasiyası məqsədilə ilk test imtahanları yanvarın 5-də mama-ginekologiya və terapiya ixtisasları üzrə keçirilib. Yanvarın 12-də isə anestiziologiya-reanimatologiya və pediatriya ixtisasları üzrə praktik tibb fəaliyyəti göstərən həkimlər imtahan verib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 596

Oxşar yazılar