Təhsil Nazirliyi 40-dək sənəd hazırlayıb
18 yanvar 2011 11:12 (UTC +04:00)

Təhsil Nazirliyi 40-dək sənəd hazırlayıb

“Təhsil haqqında” qanuna uyğun olaraq, ötən il Təhsil Nazirliyi Aparatında 40-a yaxın normativ-hüquqi sənəd hazırlanıb. Həmin sənədlərin hamısı geniş müzakirələrdən sonra digər aidiyyəti nazirliklərlə razılaşdırılıb.


Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bunu Aparatın rəhbəri İlham Pirməmmədov dünən keçirilən hesabat-yığıncaqdakı çıxışında bildirib. O qeyd edib ki, 2010-cu il ərzində Təhsil Nazirliyinin 6 kollegiya iclası keçirilib, hər bir kollegiya qərarının icrası ilə bağlı müvafiq əmr hazırlanıb və yerlərə çatdırılıb. Özəl ali, orta ixtisas, ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrinin mövcud vəziyyəti, tələbə kontingenti, professor-müəllim və pedaqoji heyəti haqqında iştirakçılara məlumat verən Aparat rəhbəri 2010-cu ildə özəl ali məktəblərdə tələbə qəbulu planının yerinə yetirilmə vəziyyəti, saxta təhsil sənədlərinin aşkar olunması və onların mövcud qaydada ləğvi istiqamətində reallaşdırılan tədbirlərdən söz açıb.


İlham Pirməmmədov Aparatın nəzdində fəaliyyət göstərən Təhsil sənədlərinin tanınması işi üzrə, Məktəbəqədər təhsil, Hüquq sektorları, eləcə də Xüsusi şöbə tərəfindən 2010-cu ildə görülmüş işlərə dair hesabatla çıxış edib. O, Təhsil sənədlərinin tanınması işi üzrə sektorun ümumi fəaliyyəti, sektora daxil olan sənədlərin ekspert qrupu tərəfindən araşdırılması, təhsil sənədlərinin tanınması ilə bağlı xüsusi kompüter proqramının hazırlanması, diplomların tanınması üzrə ümumi vəziyyət, Məktəbəqədər təhsil sektorunun vəzifə və funksiyaları, yeni inşa olunmuş, əsaslı və cari təmir edilmiş uşaq bağçaları barədə də danışıb.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 665

Oxşar yazılar