78 adda yeni dərsliklər çap olunacaq
Təhsil Nazirliyi növbəti dərs ili üçün VII-XI siniflər üzrə tender yolu ilə 38 adda dərslik hazırlanıb çap ediləcək.
Nazirliyin Dərslik və nəşriyyat şöbəsinin rəhbəri Faiq Şahbazlı Lent.az-a bildirib ki, həmin dərsliklərin çapı üzrə ötən ilin sonuncu aylarında tender elan edilib. Onun sözlərinə görə, fevralın sonları-martın əvvəlində həmin tender üzrə təkliflərin qəbuluna başlanacaq.
Bundan başqa, 2011-2012-ci tədris ilində ümumi təhsilin kurikulumu əsasında 40 adda dərs vəsaitlərinin də çapı nəzərdə tutulub. Faiq Şahbazlı deyib ki, həmin kitablardan IV siniflər üçün 19 adda dərsliyin, 21 adda müəllim üçün metodik vəsaitin hazırlanması nəzərdə tutulub. Həmçinin II və VII-XI siniflər üçün az faizlərlə digər dərsliklərin təkrar nəşri planlaşdırılıb.
Elxan SALAHOV

673