20 yanvar şəhidləri anılacaq
17 yanvar 2011 12:22 (UTC +04:00)

20 yanvar şəhidləri anılacaq

İdarədən Lent.az-a verilən məlumata görə, yanvarın 18-də 3 saylı uşaq incəsənət məktəbi 79 saylı orta məktəblə birlikdə M. Əzizbəyov adına mədəniyyət evində “Ağlama qərənfil” adlı tədbir keçirəcək. Tədbirdə şagirdlərin ifasında şəhidlərə həsr olunmuş şeirlər səslənəcək.


Yanvarın 19-da Səngəçal qəsəbə kütləvi kitabxanasında “Şəhidlər heç vaxt unudulmur” adlı tədbir təşkil olunacaq.


Daha bir mərasim yanvarın 20-də M.Ə.Sabir adına Balaxanı qəsəbə Mədəniyyət evində baş tutacaq. “Torpaq uğrunda ölən varsa, Vətəndir!” adlı tədbirdə 259, 4 və 69 saylı orta məktəblərin şagirdləri 20 yanvar faciəsinə həsr olunmuş şeirlər ifa edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 989

Oxşar yazılar