DSMF-də sığortaolunanların sayı 1,9 milyona yaxınlaşır
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 9,79 faiz artıb. 2010-cu il ərzində fond tərəfindən əlavə olaraq 160 523 sığortaolunana fərdi şəxsi hesab açılıb. Bununla da 1 yanvar 2011-ci il tarixə olan statistikaya əsasən, Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 1 800 452 nəfərə yüksəlib.
DSMF-nin ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Elman Babayev Lent.az-a bildirib ki, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 55,4 faizi kişi, 44,6 faizi isə qadındır. Fərdi şəxsi hesabı olanlar arasında 40-50 yaş aralığındakı sığortaolunanlar üstünlük təşkil edir. Həmin yaş kateqoriyalarına aid olan vətəndaşlar ümumi sığortaolunanların 25, 7 faizini əhatə edir.
Elman Babayev deyib ki, fərdi uçot sistemində qeydiyyatda olanların 21,6 faizini 30 yaşa kimi sığortaolunanlar, 22,5 faizini 30-40 yaş aralığında olan sığortaolunanlar, 21 faizini 50-60 yaş aralığında olan sığortaolunanlar, 9,2 faizini isə 60 yaşdan yuxarı olan sığortaolunanlar təşkil edir.
Elxan SALAHOV

563