Bakı - Şəki - Zaqatala – on-layn konfrans
14 yanvar 2011 19:03 (UTC +04:00)

Bakı - Şəki - Zaqatala – on-layn konfrans

Yanvarın 14-də Media Hüquqları Mərkəzi “Women-Forum.net” saytı ilə birgə “Counterpart International” Təşkilatının icra etdiyi ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Vətəndaş Cəmiyyəti layihəsi çərçivəsində dəstəklənən “Gender bərabərliyi naminə qadın forumu” üzrə İctimai Vəkillik Kampaniyası” layihəsində həyata keçirdiyi “Azərbaycanda söz və ifadə azadlığının vəziyyəti – ölkədə blogerlik” mövzusunda on-layn konfrans keçirilib.

Bakı – Şəki – Zaqatala on-layn konfransında paytaxtdan və regiondan dəvət olunan blogerlər, bu sahəni araşdıran ekspertlər, hüquqşünaslar, jurnalistlər və qonaqlar iştirak edib. Konfransda Azərbaycanda söz və ifadə azadlığının vəziyyəti, blogerliyin ənənəvi mediaya verdiyi töhfələr, nyu-medianın müxtəlif tərəflərdən ortaya qoyduğu nəticələr, bu fəaliyyətdə media nümayəndələrinin qarşılaşdıqları problemlər, ölkədə sözügedən sahədə olan vəziyyət barədə ictimai müzakirə təşkil edilib.

Yazar Aygün Muradxanlı və blogerlər Qan Turalı, Rövşən Nəsirli ölkədə tənqidi jurnalistikanın zəifliyindən söz açıblar. Vəkil Anar Qasımov söz və ifadə azadlığının müdafiəsində problemlərin olduğunu söyləyib.

Sözügedən tədbir ictimai müzakirələrin təşkili ilə yanaşı, nyu-media vərdişlərinin inkişaf etdirilməsi məqsədi daşıyır. Bu layihə çərçivəsində fəaliyyət zamanı paytaxt da daxil olmaqla, 2 regionda – Zaqatala və Şəki şəhərlərində gənclərlə bir neçə istiqamətdə aparılan treninqlər nyu-mediada gənc yazarların üzə çıxarılması, onlara yeni internet imkanlarının aşılanması, öyrədilməsi, bloqçuların aşkarlanması, onların inkişaf etdirilməsi, cəmiyyətdə tanınmalarına dəstək olunması, özlərinə inam hissi yaradılması, eyni zamanda, azad sözün, fikrin ictimai rəydə formalaşması müstəvisində gənc yazarların yetişməsi məqsədi daşıyır.
Sona
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 589

Oxşar yazılar