JuHİ Lənkəran və Yevlaxda jurnalistlər üçün seminar təşkil edib
14 yanvar 2011 18:52 (UTC +04:00)

JuHİ Lənkəran və Yevlaxda jurnalistlər üçün seminar təşkil edib

Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) “Söz azadlığı və jurnalist peşəkarlığı koalisiyası” və “etik jurnalistikanın inkişaf etdirilməsi” mövzusunda yanvarın 6-12 qədər Lənkəran və Yevlax rayonlarında 32 jurnalist üçün 2 seminar təşkil edib.


JuHİ-dən Lent.az-a verilən məlumata görə, 6-8 yanvar tarixlərində Lənkəranda, 10-12 yanvar tarixlərində Yevlaxda təşkil olunmuş seminarlarda Azərbaycanın Cənub və Qərb bölgələrində yerləşən 11 rayonda (Salyan, Neftçala, Cəlilabad, Masallı, Lənkəran, Astara, Yevlax, Bərdə, Tərtər, Göygöl, Ağdaş) fəaliyyət göstərən 26 kütləvi informasiya vasitəsinin təmsilçiləri iştirak ediblər.


Beynəlxalq Jurnalistlər Federasiyasından olan iki beynəlxalq ekspert yerli jurnalistlərə jurnalisitikanın etik prinsipləri haqqında məşğələlər keçib və bu sahədə olan mövcud beynəlxalq təcrübələrə istinad olunub. Məşğələlərdə müxtəlif praktiki tapşırıqlar yerinə yetirilib, Beynəlxalq Şəffaflıq –Azərbaycan təşkilatından, insan hüquq-müdafiə təşkilatlarından, qadın cəmiyyətlərindən, əlillər cəmiyyətlərindən, milli və dini qruplardan qonaqlar da dəvət olunublar.


JuHi sədri və layihənin koordinatoru Müşfiq Ələsgərli Lent.az-a açıqlamasında deyib ki, seminarların keçirilməsində əsas məqsəd jurnalistləri beynəlxalq sahədə mövcud olan etik jurnalistika prinsipləri ilə tanış etmək və bu sahədə onların bilikləri artırmaqdır: “Bu, xüsusilə də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Keçirilmiş seminar həmçinin Mətbuat Şurası və ATƏT-in birgə hazırladığı və yeni qəbul olunmuş Etik Məcəllənin müzakirəsi üçün jurnalistlərə geniş imkan yaratmış oldu”.


Qeyd edək ki, bu iki seminar Beynəlxalq Jurnalistlər Federasiyasının Mətbuat azadlığı və Jurnalist Peşəkarlığı Koalisiyası ilə birgə başlatdığı Etik Jurnalistika təşəbbüsü - Azərbaycan layihəsi çərçivəsində baş tutub.
Koalisiya Jurnalistlərin Həmkarlar İttifaqı, Demokratik Jurnalistlər Liqası, Beynəlxalq Avrasiya Mətbuatı Fondu və Ruh Jurnalistlərin hüquqlarının müdafiəsi Komitəsindən ibarətdir. Etik Jurnalistika təşəbbüsləri - Azərbaycan layihəsi Avropa Birliyinin Azərbaycan nümayəndəliyinin dəstəyi ilə həyata keçirilən iki illik layihədir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 569

Oxşar yazılar