Sabah Şamaxının qazı kəsiləcək
13 yanvar 2011 18:12 (UTC +04:00)

Sabah Şamaxının qazı kəsiləcək

Baş vermiş qaz sızmasının ləğvi ilə əlaqədar 14 yanvar saat 09:00-dan 18:00-dək Şamaxı, Çuxuryurd və Mədrəsə açıq qazpaylama stansiyalarında təbii qaz təchizatı dayandırılacaq.


Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, həmin müddət ərzində Şamaxı şəhəri, Kərkənd, Mədrəsə, Muğanlı, Mirikənd, Mərcəy, Qaravəlli, Qurdtəpəkənd, Məlhəm, Çuxuryurdkənd, Əngixaran və Pirqulu kəndlərinə təbii qazın verilişində məhdudiyyətlər yaranacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 526

Oxşar yazılar