FHN: Daşqınlardan zərər çəkənlər üçün indiyədək 1558 ev tikilib
13 yanvar 2011 17:53 (UTC +04:00)

FHN: Daşqınlardan zərər çəkənlər üçün indiyədək 1558 ev tikilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin tikilməkdə olan obyektlərin birləşmiş müdiriyyətinin baş məsləhətçisi Qurban Qurbanov mətbuat nümayəndələrini Sabirabad rayonunun Kür daşqınlarından ziyan çəkmiş Poladtoğayı kəndində və Şirvan şəhərinin Bayramlı qəsəbəsində aparılan tikinti işləri ilə tanış edib.


APA-nın yerli bürosunun xəbərinə görə, Q. Qurbanov jurnalistlərə açıqlamasında bildirib ki, Kür və Araz çaylarında daşqınların baş verməsi nəticəsində Salyan, Sabirabad, Saatlı, İmişli, Hacıqabul, Şirvan və Kürdəmir rayonları ərazisində ziyan dəymiş, uçmuş, zədələnmiş fərdi yaşayış evlərinin sakinləri üçün bu günə kimi 1558 ev tikilib təhvil verilib. 1017 evin inşası isə başa çatmaq üzrədir. 200 evdə təmir-bərpa işləri aparılıb. 200-dən artıq evin isə smeta layihə sənədləri hazırlanıb.


“Sakinlərdən gələn şikayətlərin araşdırılması hələ də davam etdirilir. Daxil olan şikayətlər əsasında yerində araşdırmalar aparılır, müvafiq qərarlar verilir”, - deyə FHN rəsmisi bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1287

Oxşar yazılar