20 yanvarda şəhərətrafı elektrik qatarları pulsuz işləyəcək
13 yanvar 2011 17:51 (UTC +04:00)

20 yanvarda şəhərətrafı elektrik qatarları pulsuz işləyəcək

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun Lent.az-a verdiyi məlumata görə, Tədbirlər Planına əsasən, Abşeron şəhərətrafı zonada 20 yanvar saat 6.00-dan 23.00-dək hərəkət edən elektrik qatarlarında gediş-gəlişin pulsuz təşkili həyata keçiriləcək.

20 yanvar saat 12.00-da anım dəqiqəsində qatarların hərəkəti dayandırılacaq, lokomotivlər həyəcan fiti verəcəklər. Bundan başqa, “Azərbaycan Dəmir Yolları”nın müəssisə və təşkilatlarında 20 yanvar faciəsinin 21-ci ildönümü ilə bağlı anım tədbirləri keçiriləcək, faciə zamanı şəhid olan və yaralanan dəmiryolçuların ailə üzvlərinə maddi yardımlar ediləcək. “Azərbaycan Dəmir Yolları”nın kollektivi Şəhidlər Xiyabanını ziyarət edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 672

Oxşar yazılar