Hava yağmursuz olacaq
14 yanvar 2011 08:00 (UTC +04:00)

Hava yağmursuz olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yanvarın 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Cənub küləyinin əsəcək, yarımadanın bəzi yerlərində arabir güclənəcək. Havanın temperaturu gecə 1-4, gündüz 6-8 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, yanvarın 14-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər duman olacağı ehtimal olunur. Cənub küləyinin əsəcəyi, ayrı-ayrı dağlıq rayonlarda arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 7 dərəcəyədək isti təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 492

Oxşar yazılar