Bakıda satışa çıxarılmış 2.2 ton keyfiyyətsiz ət aşkarlandı
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti keyfiyyətsiz ət satışının qarşısının alınması məqsədilə monitorinqlərini davam etdirir.
Lent.az-ın İqtis adi İnkişaf Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Dövlət Xidməti tərəfindən aparılan növbəti monitorinq zamanı Bakı şəhəri, Nəsimi rayonunda, “Təzə Bazar” MMC-nin ərazisindəki ət satışı məntəqəsində satışda olan 1 tondan çox, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 26 ünvanında “Nadir Ərzaq” MMC-yə məxsus ət satışı məntəqəsində isə satışda olan 1,2 ton ətdə qaralma və qeyri-spesifik qoxunun olduğu müəyyənləşdirilib.
Bununla əlaqədar, həmin ətlərdən nümunələr götürülərək laboratoriyaya müayinəyə göndərilmiş və laboratoriya müayinəsinin nəticəsi məlum olanadək satışı dayandırılıb.
Araşdırmalar davam edir.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara ət alarkən diqqətli olmağı tövsiyə edir.

532