Ötən il 73 aptekin fəaliyyətləri dayandırılıb
Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət şöbəsi 2010-cu il ərzində həyata keçirdiyi tədbirlər barədə hesabatını açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Dərmanların Keyfiyyətinə Nəzarət şöbəsi ölkə ərazisində fəaliyyət göstərən əczaçılıq müəssisələrində əczaçılıq fəaliyyəti qaydalarını yoxlamaq məqsədi ilə təsdiq olunmuş plana əsasən və plandan kənar təkrar reydlər keçirib. İl ərzində ümumilikdə respublika üzrə 860 aptek təşkilatı yoxlanılıb. Bunlardan 324 aptekin xüsusi razılıq (lisenziya) əsasında, 463 aptekin Əczaçılıq və Tibb Sənayesi Birliyinin tabeliyində, 73 aptekin qeyri-qanuni fəaliyyət göstərdiyi müəyyən olunub. Aşkar olunan qeyri-qanuni apteklərin fəaliyyətləri dayandırılıb.
Xüsusi razılıq (lisenziya) olmadan əczaçılıq fəaliyyəti ilə məşğul olma faktına dair könüllü şəkildə fəaliyyətlərini dayandırmayan 42 aptekə İnzibati Xətalar Məcəlləsinin 64.1. maddəsi əsasında cərimə protokolları tərtib edilib. Bundan başqa, reydlər nəticəsində dövlət qeydiyyatı və müvafiq yararlıq sertifikatı olmayan 4046 seriya (26587 qutu), istifadə müddəti bitmiş 415 qutu dərman preparatları aşkarlanaraq müsadirə edilib.
Elxan SALAHOV

512