Sosial bəyannamələr elektronlaşdırılacaq
12 yanvar 2011 16:27 (UTC +04:00)

Sosial bəyannamələr elektronlaşdırılacaq

Lent.az-ın verdiyi məlumata görə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunda keçirilən görüşdə söyləyib. Səlim Müslümov deyib ki, bir neçə il əvvəl Vergilər Nazirliyinin bəyannamələri ilə bağlı elektron sistem tətbiq olunduqdan sonra bəzi sığorta ödəyiciləri sosial sığorta sistemində də bu qaydaların tətbiq olunmamasını təəssüf hissi ilə qarşılayır: “Amma Vergilər Nazirliyindən fərqli olaraq, Sosial Müdafiə Fondunda bu sistem xeyli fərqlidir. Ona görə də biz bəyannamələrin elektron şəkildə qəbulu məsələsi üzərində daha çox işləməliyik. Bu, əsasən, sığorta ödəyicilərin vəsaitlərinin təhlükəsiz saxlanılması məqsədi daşıyır”.



Dövlət Sosial Müdafiə Fondunun sədri bildirib ki, artıq bəyannamələrin elektron şəkildə qəbulu üzrə vahid proqram hazırlanıb və bu proqram yaxın 1-2 ayda başa çatdırılmalıdır. Onun sözlərinə görə, proqramın hazırlanması zamanı məlumatların təhlükəsizliyinə xüsusi diqqət yetirir.

Elxan Salahov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 494

Oxşar yazılar