Kürdə su sərfi azalır
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə yanvar ayının I ongünlüyü üçün növbəti monitorinq həyata keçirib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yanvar ayının I ongünlüyündə Kür çayında suyun sərfi dekabr ayının III ongünlüyünə nisbətən 1 m3/san azalaraq 126 m3/san təşkil edib.
Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib. Şıxlı-2 məntəqəsində və Ağstafaçay su anbarında suyun əsas çirkləndiricilərindən fenollar 2, mis birləşmələri 4, Ağstafaçay məntəqəsində fenollar 1.2, mis birləşmələri 3 dəfə YVQH-ni keçib.
Ermənistan ilə transsərhəd olan Araz çayında suyun sərfi 81 m3/san olub. Horadiz və I Şahsevən məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 3, mis birləşmələri 4, Bəhramtəpə məntəqəsində fenollar 2, mis birləşmələri 3 dəfə YVQH-ni keçib. Suyun oksigen rejimi bütün məntəqələrdə 5,64-6,51 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

532